Azərbaycan Qərbi Afrika ölkələri ilə əməkdaşlıqda maraqlıdır
11 iyul 2017 15:16 (UTC +04:00)

Azərbaycan Qərbi Afrika ölkələri ilə əməkdaşlıqda maraqlıdır

0

 

Millət vəkili Qənirə Paşayeva Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Parlamentinin sədri Mustafa Cisse Lo və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb.

 

Lent.az-ın məlumatına görə, Q.Paşayeva görüşdə  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışıb.

 

Millət vəkili müzakirələr zamanı  Azərbaycanın Qərbi Afrika ölkələri ilə, onların yaratdığı təşkilatlar ilə dostluğun və əməkdaşlığın inkişafına önəm verdiyini qeyd edib.

Q.Paşayeva bildirib ki, hər kəs Ermənistanın törətdiyi vandalizm aktlarına qarşı öz etiraz səsini beynəlxalq təşkilatlarda daha yüksək səslə söyləməlidir. Azərbaycan xalqı Qərbi Afrika ölkələrindən və onların birliyi olan ECOWAS və onun Parlamentindən bunu gözləyir.

 

Millət vəkili erməni vandalizmini özündə əks etdirən materialları təqdim edib.

 

Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Parlamentinin sədri Mustafa Cisse Lo da Azərbaycanla dostluğun inkişafında maraqlı olduqlarını deyərək əməkdaşlığın genişlənməsinin əhəmiyyətini vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 654

Oxşar yazılar