Azərbaycan prezidenti Türkiyənin baş naziri ilə görüşdü
14 yanvar 2015 23:50 (UTC +04:00)

Azərbaycan prezidenti Türkiyənin baş naziri ilə görüşdü

APA-nın Ankaraya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlər müzakirə olunub. 

 

Prezidentlə baş nazir iki ölkə arasında iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq olduğunu vurğulayıb, həyata keçirilən layihələrin əhəmiyyətdən danışıblar.

 

Görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı müzakirə aparılıb və layihənin önəmi vurğulanıb.

 

Eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışılıb, münaqişnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyi bildirilib.

 

Həmçinin Azərbaycan-Türkiyə əlaqələrinin regional əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi də qeyd edilib, iki ölkə arasındakı dostluq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

.

 

Görüşdən sonra Azərbaycan prezidenti ilə Türkiyənin baş naziri birgə nahar ediblər.

# 102
avatar

Oxşar yazılar