Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Gürcüstan prezidenti Mixeil Saakaşviliyə zəng edib. Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı Mixeil Saakaşvilini ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Gürcüstan prezidenti təbrikə və diqqətə görə dövlət başçısına minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.