Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün “Rossiya-24” telekanalının aparıcısı Evelina Zakamskayaya müsahibə verib.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər, regional əməkdaşlıq, ölkəmizin iqtisadi inkişafı, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və digər məsələlərlə bağlı sualları cavablandırıb.