Azərbaycan prezidenti: “Ədalət, beynəlxalq hüquq bərpa edilməlidir”
13 noyabr 2014 02:09 (UTC +04:00)

Azərbaycan prezidenti: “Ədalət, beynəlxalq hüquq bərpa edilməlidir”

APA-nın məlumatına görə, Azərbaycan prezident İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə mətbuata birgə bəyanatında belə deyib.

 

Ölkə başçısı qeyd edib ki, münaqişə uzun illərdir ki, öz həllini tapmır: “Azərbaycanın tarixi, əzəli torpağı Dağlıq Qarabağ və yeddi ətraf rayonu erməni silahlı qüvvələrinin işğalı altındadır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı dörd qətnamə qəbul edib ki, o qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb, tarixi abidələrimiz dağıdılıb. Əcdadlarımızın qəbirləri, məscidlərimiz erməni quldur dəstələri tərəfindən dağıdılıb”.

 

İ.Əliyev qeyd edib ki, ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər edib və öz məruzələrində bunu təsdiqləyib: “Münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün həyatı yaşayır. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. Ermənilər azərbaycanlılara qarşı Xocalı soyqırımını törədiblər. Münaqişənin ərazi bölüvlüyü çərçivəsində həll edilməsi əlbəttə ki, bölgəyə sülh gətirəcək. Bu münaqişənin başqa həll yolu yoxdur. Ədalət, beynəlxalq hüquq bərpa edilməlidir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1059
avatar

Oxşar yazılar