Azərbaycan ordusunun irimiqyaslı təlimləri davam edir
03 fevral 2015 22:56 (UTC +04:00)

Azərbaycan ordusunun irimiqyaslı təlimləri davam edir

0

Müdafiə naziri general-polkovnik Zakir Həsənov irimiqyaslı təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.

 

Lent.az-ın Müdafiə Nazirliyinin  saytına istinadən verdiyi xəbərə görə, müdafiə nazirinin rəhbərliyi ilə təlim bölgəsində müşavirə keçirilib.

 

Müşavirədə təlimlərə cəlb edilən birləşmə və hərbi hissələrin komandir və rəis heyətinin təlimlərdə fəaliyyətləri, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələri dinlənilib.

 

Müşavirədə çıxış edən Müdafiə naziri təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 261

Oxşar yazılar