
Lapşin anası ilə görüşüb
Aleksandr Lapşinin anası onunla görüşüb.
Bu barədə APA-ya A. Lapşinin vəkili Eduard Çernin deyib.
Onun sözlərinə görə, bir neçə gün əvvəl oğlu ilə görüşmək üçün Azərbaycana gələn Bella Lapşina ötən gün 1 saylı Bakı İstintaq Təcridxanasında A. Lapşinlə görüşüb.
Vəkilin bildirdiyinə görə, A. Lapşin saxlanmadan şikayət etməyib.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.
Oxşar yazılar

Laçınlı zərərçəkmiş: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu - MƏHKƏMƏ
5 may 2025 , 20:48
Kadırov övladları arasında varis seçir – İDDİA
5 may 2025 , 19:59
APA Jurnalist Məktəbi növbəti təlim kursuna start verdi - FOTOLENT
5 may 2025 , 19:38
Deputat Azər Badamovun Rusiyaya buraxılmamasının SƏBƏBİ
5 may 2025 , 19:17
Arıqlayıb və cavanlaşıb: 77 yaşlı Hillari Klinton hamını HEYRƏTLƏNDİRDİ
4 may 2025 , 16:02
Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı: deport edilir
4 may 2025 , 13:30
Putinin nəvələri onu görmək üçün Kremlə də gələ bilərlər
4 may 2025 , 12:18