Azərbaycan Avropa Birliyinin Leyla Yunusla bağlı bəyanatına cavab verdi
04 avqust 2014 21:12 (UTC +04:00)

Azərbaycan Avropa Birliyinin Leyla Yunusla bağlı bəyanatına cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Birliyinin komissarlarının Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusun həbsi ilə bağlı bəyanatına münasibət bildirib.
 
XİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, açıqlamada deyilir:
 
“Avropa Birliyinin ali nümayəndəsi və vitse-prezidenti, eləcə də genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarının sözçülərinin Leyla Yunusla əlaqədar 02 avqust 2014-cü il tarixli bəyanatı əsassız və qəbuledilməzdir. Hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz. Konkret cinayət əməlləri törətməkdə ittiham olunan hər bir vətəndaş qanun qarşısında cavab verməlidir. İstintaq prosesi tam şəkildə qanunvericiliyin tələblərinə uyğun aparılır və Leyla Yunus digər ittihamlarla yanaşı, dövlətə xəyanətdə də ittiham olunur. Bu tipli bəyanatlar Azərbaycan Respublikasının daxili işlərinə qarışma, məhkəmə sisteminin işinə müdaxilə və cinayət tərkibli əməllərin məqsədyönlü şəkildə siyasiləşdirilməsi cəhdləri kimi qiymətləndirilərək rədd edilir. Azərbaycan Respublikasına bu cür yollarla siyasi təzyiqin göstərilməsi tamamilə səmərəsizdir”. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1615
avatar

Oxşar yazılar