İran İslam Respublikası Sərhəd Qoşunlarının Azərbaycanda səfərdə olan komandanı, general-mayor Qasım Rzai bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevlə görüşüb.
DSX-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-İran dövlət sərhədində və sərhəd keçid məntəqələrindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Hər iki qurum arasında əməkdaşlığın mövcud durumu və perspektivləri müzakirə olunub.
Müzakirələrdə qurumlar arasında əməkdaşlığın inkişaf dinamikası müsbət qiymətləndirilib, dövlət sərhədindən qaçaqmalçılığa, transsərhəd cinayətkarlığa qarşı, eləcə də digər qeyri-qanuni fəaliyyətlərin qarşısıın alınması üzrə qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, Q. Rzai Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etmək məqsədilə avqustun 16-18-də Azərbaycanda səfərdə olub.