Aydın Əliyev Rusiya səfiri ilə görüşüb
04 iyul 2016 15:55 (UTC +04:00)

Aydın Əliyev Rusiya səfiri ilə görüşüb

"Azərbaycanla Rusiya arasında bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişafdadır. İki ölkənin uğurlu əməkdaşlıq trayektoriyası gömrük sferasını da hərtərəfli əhatə edir". Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, bu fikirlər iyulun 4-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin arasında keçirilən görüşdə burğulanıb.

 

Görüşdə  iki ölkənin gömrük orqanlarının qarşılıqlı əlaqələrindən söhbət açılıb, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Rusiya əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub. Eyni zamanda, ötən il tərəflər arasında imzalanan, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac edilən bəzi kənd təsərrüfatı mallarının gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsinə şərait yaradan “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti  arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol”a uyğun  olaraq  şimal sərhədində bu növ malların qonşu ölkəyə keçirilməsində “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiq olunduğu məmnunluqla xatırlanıb, bu istiqamətdə gələcəkdə hər hansı problemlərin yaşanmaması ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 287
avatar

Oxşar yazılar