AXCP sədri Əli Kərimli iqtidar-müxalifət dialoqu ilə bağlı tədbirə dəvət olunub.
Lent.az-ın xəbərinə görə, bu barədə “Azadlıq” qəzeti AXCP-yə istinadən məlumat alıb.
Məlumatda qeyd olunub ki, Prezident Administrasiyasından zəng edərək partiya sədrini həmin tədbirə dəvət ediblər.
AXCP-dən bildiriblər ki, partiyanın tədbirdə iştirak edib-etməyəcəyinə rəhbərlikdə aparılacaq müzakirədən sonra qərar veriləcək.