Avropa İttifaqı bayrağı altında "milli mitinq" - REPLİKA
10 mart 2018 17:33 (UTC +04:00)

Avropa İttifaqı bayrağı altında "milli mitinq" - REPLİKA

 

Bu gün Azərbaycanda fəaliyyət göstərən Milli Şura ilə Müsavat Partiyasının birgə mitinqi oldu. Milli Şura deyəndə ağlınıza elə də böyük birlik, çoxlu partiya və ictimai təşkilatın birləşməsi gəlməsin. Burda Azərbaycan Xalq Cəbhəsi Partiyası, bir də Cəmil Həsənli və Gültəkin Hacıbəyli var.

 

Xanım Hacıbəyli bugünkü mitinq üçün nə az, nə çox "otuzca min adamın" gələcəyi anonsunu vermişdi. Mitinqdə isə nə çox-nə də az, yox, elə az, cəmi  1500 adam iştirak etdi. Statistikanı isə aksiyaçıların təhlükəsizliyini təmin edən polis açıqladı.

 

Həm də görünən bağa şahid lazım deyil. Fotolar, video görüntülər "otuzca min adam" məsələsinin "ac toyuğun yuxuda darı görməsi" kimi bir şey olduğunu bir daha təsdiq edir.

 

"Otuzca min"... Yox bir, xanım Hacıbəyli elə bilir ki, "otuzca min adam" toplamaq üçün dünən tərif dediyini bu gün tənqid, bəzən də təhqir eləmək yetərli olur.

 

Bu ölkədə problemi olan, narazı qalan insanlar ola bilər və var. Amma onlar dünən təbliğat mitinqində iştirak etdiyi şəxsə bu gün "istefa" deyilən balaca yığıncağın "tribunasında" dayanan xanım Gültəkinə, parlamentdə ölkə başçısına, bu hakimiyyətə tərif deyib, indi "qəhrəmanlıq nitqi" söyləyən Cəmil Həsənliyə, dəbdəbəli həyatı ilə diqqət çəkən "radikal" Əli Kərimliyə inanmırlar. Bilirlər ki, bütün bu haray-həşir beynəlxalq qurumlardan, yerli və xarici "donorlardan" daha çox pul qopartmaq, daha çox təminat və güvəncə əldə etmək üçündür. O təminat ki yalnız bu adamların özləri və ailə üzvləri üçündür.

 

Onların aksiyalara cəlb etdiyi şəxslər isə bir qayda olaraq yalnız "yol pulu və günorta yeməyi" ilə təmin olunurlar.

 

Bu cəmiyyəti məhvə sürükləyən çağırışlar edən, Azərbaycanda hüquqi cəmiyyətin dağıdılmasına can atan, bunun üçün də din pərdəsinə bürünən Taleh Bağırzadələri, Mövsüm Səmədovları müdafiə edən, başının üstündə isə Avropa İttifaqının bayrağını "dalğalandıran" "milli müxalifət". Əcəb "millidir"...

 

Bu gün keçirilən yığıncağa Bakı şəhər İcra Hakimiyyəti əslində icazə verməməli idi. Qanuna görə, seçki təbliğat-təşviqat kampaniyası hələ başlamayıb. Normalda indi seçki prosesinə qoşulan partiyalar prosesin texniki işləri ilə məşğuldurlar. Anti-təbliğat kampaniyası isə təbliğat-təşviqat kampaniyasından əvvəl başlayıb.

 

Lakin icra hakimiyyəti aksiyaya icazə verib, Bakı polisi tədbirin təhlükəsizliyini həyata keçirir. Bu fonda isə Əli Kərimli deyir: "Bizdən qorxdular"...

 

Sonuncu cümlədən sonra gülmək smaylkı qoymamaq olmur)))))

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286
avatar

Oxşar yazılar