Brüsseldə Avropa Birliyi ilə Rusiya arasında keçirilən sammitdə rəsmi Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllində rolundan da bəhs edilib. Birliyin prezidenti Herman Van Rompuy münaqişənin həllində Rusiyanın səylərinin mühüm rol oynadığını deyib. Zirvə toplantısında Rusiya ilə qurum arasında vizasız rejimin tətbiqi məsələsində isə konkret qərar qəbul edilməyib.
Mətbuat konfransı zamanı Rusiya prezidenti ilə Avropa Komissiyasının sədri arasında ticarət məsələsi ilə bağlı mübahisə də yaranıb.
Lent.az-ın «
«Üçüncü energetika paketi» Avropa Birliyi tərəfindən 2009-cu ildə qəbul olunub. O, birliyi təbii qaz və elektrik enerji bazarının liberallaşdırılmasına yönəlib. Həmin sənəddə şirkətlərin şaquli inteqrasiyaya yiyələnmə haqqını və tərəflərin enerji nəqliyyatı şəbəkəsini idarəetməsini məhdudlaşdırır.
Mütəxəssisislər hesab edir ki, bu yolla Avropa komissiyası bazara nəzarət etməyə və Rusiyanın «Qazprom» şirkətini «mavi yanacağın» Avropaya müqavilə sxemindən pərakəndəyə keçməsinə cəhd göstərir.