ATƏT sədri bu gün Moskvada Lavrovla görüşür
18 yanvar 2017 12:53 (UTC +04:00)

ATƏT sədri bu gün Moskvada Lavrovla görüşür

"Rusiya ATƏT məkanındakı böhranların həllində həlledici rol oynaya bilər".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyada səfərdə olan Avstriya xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kutz "Sputnik"ə müsahibəsində bildirib.

 

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüşdə Suriyadakı vəziyyət, Ukrayna böhranı, Dağlıq Qarabağ və Dnestryanı münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266
avatar

APA Baycan

Oxşar yazılar