ATƏT PA parlament seçkilərinə müşahidəçi göndərməyəcək
23 sentyabr 2015 14:53 (UTC +04:00)

ATƏT PA parlament seçkilərinə müşahidəçi göndərməyəcək

0
ATƏT Parlament Assambleyasının prezidenti İlkka Kanerva bu il noyabrın 1-də tarixində Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməyəcəklərini açıqlayıb.

 

ATƏT PA-dan APA-ya verilən məlumata görə, İ. KanervaATƏT PA-nın Ulan-Batorda keçirilən payız sessiyası çərçivəsində bəyan edib ki, bu qararı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) qərarına uyğun olaraq qəbul ediblər.

 

O bildirib ki, Azərbaycan ATƏT-in ənənəvi tərəfdaşı olan DTİHB-nin müşahidə missiyasının sayının məhdudlaşdırılmasını istəyib: “Bu səbəbdən bu qurum Azərbaycana göndərməyi planlaşdırdığı müşahidə missiyasını ləğv etməyə məcbur olub. Mən hesab edirəm ki, bizim yaxın tərəfdaşımız DTİHB seçkiləri müşahidə edə bilmirsə, biz də Azərbaycanda seçkiləri müşahidə etməyəcəyik”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar