ATƏT PA-nın xüsusi nümayəndəsi Azərbaycana gəlir
23 sentyabr 2017 13:04 (UTC +04:00)

ATƏT PA-nın xüsusi nümayəndəsi Azərbaycana gəlir

0

ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana gəlir.

 

APA-nın ATƏT PA-ya istinadən verdiyi məlumata görə, onun regiona səfər sentyabrın 24-də Azərbaycandan başlayacaq. Daha sonra o, Gürcüstan və Ermənistana səfər edəcək. Səfər sentyabrın 30-da başa çatacaq.

 

Səfər zamanı bolqarıstanlı parlamentar hər üç ölkədə dövlət rəsmiləri, parlament liderləri və vətəndaş cəmiyyətinin üzvləri ilə görüşəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar