ATƏT baş katibsiz qalıb
02 iyul 2017 10:55 (UTC +04:00)

ATƏT baş katibsiz qalıb

0

İyulun 1-dən ATƏT baş katibsiz qalıb.

 

APA-nın Alman dalğası radiostansiyasına istinadən verdiyi məlumata görə, Lamberto Zanyerin səlahiyyət müddəti iyunun 30-da başa çatıb.  

 

Ancaq ATƏT üzvləri yeni baş katibin seçilməsi məsələsində razılığa gələ bilməyiblər.  ABŞ və Rusiya da daxil olmaqla, ATƏT-in 57 təşkilatda bir sıra rəhbər vəzifələrə təyinatla bağlı “paket razılaşma” əldə edə bilməyib. Baş katiblə bərabər, Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Büronun rəhbəri, milli azlıqlarla iş üzrə komissar və ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi postları da boşdur.

 

ATƏT xarici işlər nazirlərinin iyulun 11-də Vyanada keçiriləcək görüşü kadr məsələlərinin həlli üçün növbəti imkan olacaq. Baş katib postuna ən real namizəd İsveçrənin ATƏT-dəki sabiq daimi nümayəndəsi  Tomas Qreminqer sayılır.

 

L. Zanyer  yaranmış vəziyyətin ATƏT daxilində ciddi parçalanmanın olduğunu göstərdiyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 357

Oxşar yazılar