AŞPA “Azərbaycanda siyasi məhbus məsələsi”ni müzakirə edəcək
21 dekabr 2012 18:39 (UTC +04:00)

AŞPA “Azərbaycanda siyasi məhbus məsələsi”ni müzakirə edəcək

0

Avropa Şurası Parlament Assambleyası (AŞPA) bürosu qurumun qış sessiyasının gündəliyini açıqlanıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə,  yanvar ayının 21-25-də keçiriləcək qış sessiyasının ilk günü AŞPA sədrinin və sədr müavinlərinin seçkiləri ilə başlayacaq. Bu məsələdən sonra deputatların müzakirəsinə çıxarılacaq gündəliyin təsdiqi ətrafında fikir mübadiləsi aparılacaq, büro və daimi komitənin, habelə Nazirlər Komitəsi sədrinin hesabatları dinləniləcək.
 

Yanvarın 22-də avropalı deputatlar “Kosovoda vəziyyət”, “Avropa Şurasının baş katibi ilə əlaqə”, “Avropa İnkişaf və Yenidənqurma Bankının fəaliyyəti”, “Gürcüstan və Rusiya: münaqişə  və müharibəyə məruz qalan regionlarda humanitar vəziyyət”, “Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti”, “Azərbaycanda siyasi məhbus məsələsi”, “İnsan orqanlarının trafiki ilə mübarizəyə dair AŞ Konvensiyasına qoşulma” məsələlərini müzakirə edəcəklər.
Sessiyanın sonrakı günlərində “Avropada media azadlığının vəziyyəti”, “Bolqarıstanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti”, “Gender bərabərliyi” və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 509

Oxşar yazılar