AŞPA-nın payız sessiyası başlayır
29 sentyabr 2014 11:22 (UTC +04:00)

AŞPA-nın payız sessiyası başlayır

 

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası öz işinə başlayır. APA-nın AŞPA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, sessiya oktyabrın 3-dək davam edəcək.

 

İlk iş günündə qurumun prezidenti bəyanatla çıxış edəcək, daha sonra bir sıra komitələrin tərkibinə dəyişikliklər edilməsi nəzərdə tutulub. Büro və Daimi Komitənin tərəqqi hesabatı, Türkiyədə keçirilmiş prezident seçkiləri ilə bağlı hesabat da təqdim olunacaq.

Sessiyanın ilk günündə Ukraynadakı böhran, “İŞİD”in yaratdığı təhlükələr də müzakirə ediləcək.

Oktyabrın 2-də isə Azərbaycanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov çıxış edəcək və iştirakçıların suallarını cavablandıracaq.

Payız sessiyasında həmçinin Avropa İnsan Haqları Məhkəməsinə hakimlərin seçkisi keçiriləcək, “Vatslav Havel” İnsan Hüquqları Mükafatı təsis olunacaq, Gürcüstan və Albaniyaya dair monitorinqin nəticələri açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün artıq Strasburqa yollanıblar. Nümayəndə heyətinə deputatlar Sevinc Fətəliyeva, Rövşən Rzayev, Rafael Hüseynov, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa və Sabir Hacıyev daxildir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 475
avatar

Oxşar yazılar