“Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Jozef Debono Qrexin Azərbaycana səfəri gələn ilin əvvəllərindən tez mümkün deyil”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Həmməruzəçilərin müntəzəm olaraq Azərbaycana gəldiyini qeyd edən S. Seydiov deyib ki, həmməruzəçilərin Azərbaycana növbəti gəlişi AŞPA Monitorinq Komitəsi tərəfindən təsdiq olunmalıdır: “Azərbaycanla bağlı məruzə gələn il hazırlanacaq. Bu il bununla bağlı heç bir məsələ yoxdur”.
S. Seyidov həmməruzəçilərin hazırlayacaqları məruzənin Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi ilə bağıldır: “Avropa Şurasının monitorinqi altında ölkələr öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məruzəçilərlə əməkdaşlıq edir. Mən də Serbiya üzrə məruzəçiyəm və bu yaxınlarda orada idim. Bu yaxınlarda yenə Serbiyaya gedəcəyəm və Serbiyanın Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı iş aparacağam”.