Arif Rəhimzadə: "Rusiyanın hüququ pozulur"
04 fevral 2015 13:36 (UTC +04:00)

Arif Rəhimzadə: "Rusiyanın hüququ pozulur"

“AŞPA-nın iclasında millət vəkillərimizin Rusiyanın leyhinə səs verməsi təbiidir”.

 

Bunu Lent.az-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Ukraynanın ölkəmizdəki səfiri Aleksey Mişenkonun etirazına cavab olaraq bildirib.

 

A.Rəhimzadə Azərbaycan tərəfinin mövqeyini bu sallarla ifadə edib:

 

“Birincisi, Rusiyaya qarşı hansısa sanksiya qəbul olunursa, Ermənistana, qondarma Dağlıq Qarabağa qarşı bu niyə qəbul olunmur? Nəyə görə Amerika Ermənistana və qondarma rejimə maliyyə yardımı edir? Demək biz burada da ikili standartla rastlaşırıq. İkincisi, bizə deyirlər ki, işğalçı tərəflə əlaqə saxlayın, ikitərəfli danışıqlar aparın. Bəs maraqlıdır, niyə Rusiya ilə münasibətdə bu danışıqlar tələb olunmur? Yəni bu məsələdə Rusiyanın hüququnu pozurlar. Sonda onu demək istəyirəm ki, Azərbaycanın mövqeyi bu məsələdə tam olaraq məntiqə uyğundur. Bizim Ukraynaya qarşı heç bir pis niyyətimiz yoxdur və onların ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirik”.

 

Xatırladaq ki, politoloq Elxan Şahinoğlunun Ukrayna hadisələrindən bəhs edən “Maydandan Maydana” kitabının təqdimat mərasimində çıxış edən Aleksandr Mişenko Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasında Azərbaycan nümayəndə heyətinin Rusiyanın səsvermə hüququndan məhrum etməsinin əleyhinə çıxmasından narazılığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175

Oxşar yazılar