Arif Hacılının müşavirlərinin adı açıqlandı
08 oktyabr 2014 15:05 (UTC +04:00)

Arif Hacılının müşavirlərinin adı açıqlandı

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı başqan müşavirlərinin təyin olunması ilə bağlı sərəncamlar imzalayıb. Lent.az-ın partiyanın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, imzalanmış sərəncamlarla Müsavat Partiyası Səbail rayon təşkilatının şura üzvləri Elman Həsənov və Dadaş Əhmədov, Müsavat Partiyası Məclisinin üzvləri Cahangir Əmirxanlı və Azər İsmayıl Müsavat Partiyası başqanının müşaviri təyin ediliblər.

 

Müsavat Partiyasının yeni seçilmiş başqanı A.Hacılı bir neçə gün əvvəl imzaladığı sərəncamla Tofiq Yaqublu, Yadigar Sadıqov və Fərəc Kərimovu özünə müavin təyin etmişdi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 891
avatar

Oxşar yazılar