Arif Hacılı Rauf Arifoğlu ilə Əli Kərimlini barışığa çağırıb
18 dekabr 2014 22:31 (UTC +04:00)

Arif Hacılı Rauf Arifoğlu ilə Əli Kərimlini barışığa çağırıb

0

Müsavat başqanı Arif Hacılı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və AXCP sədri Əli Kərimliyə barışıq müraciəti edib.

 

Lent.az-ın xəbərinə görə, A. Hacılı yazıb: “Rauf Arifoğlu və "Yeni Müsavat"qəzeti ilə "Azadlıq" qəzeti, Əli Kərimli,onun tərəfdarları və yaxınları arasınada qarşıdurma əndazəni aşib, qırmızı xətt keçilib.

 

Zamanında müxalifətə qarşı istifadə olunan, nifrətlə qarşıladığımız təbliğat metodları durdurulmalıdır. Hörmətli Əli Kərimlinin bu istiqamətdə digər çağırışlarla yanaşı mənim də xahişimi nəzərə alacağına, bu qovğanı dayandırmaq üçün səy göstərəcəyinə inanıram”.

 

A. Hacılı R. Arifoglunun "Azadlıq" qəzetini məhkəməyə verməsindən bu qəzetə qarşı istifadə ediləcəyi təqdirdə şikayətini geri götürəcəyi oilə bağlı bəyanatını yüksək qiymətləndirib: “Rauf bəydən "Azadlıq"qəzeti haqqında şikayət ərizəsini geri götürməsini xahiş edirəm”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 331

Oxşar yazılar