Müasir dövrdə Azərbaycan-Almaniya münasibətləri
08 sentyabr 2014 18:09 (UTC +04:00)

Müasir dövrdə Azərbaycan-Almaniya münasibətləri

 

Azərbaycan-Almaniya münasibətləri ulu öndər Heydər Əliyevin davamçısı, prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

14-16 fevral 2007-ci il tarixli Almaniya səfəri zamanı Prezident İlham Əliyev Almaniyanın Kansleri Angela Merkellə görüşüb, ölkələrimiz, eləcə də Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan əlaqələrin inkişaf perspektivləri, ölkəmizdə iqtisadi islahatların uğurla həyata keçirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə aparılıb.

Almaniyada 2008-ci ilin Azərbaycan ili elan edilməsi, bu məqsədlə Azərbaycan mədəniyyət və turizm nazirinin rəhbərliyi ilə 120 nəfərlik nümayəndə heyəti Almaniyaya səfər etməsi Azərbaycan-Almaniya mədəni münasibətlərinin də inkişaf etməsini göstərir. Mədəniyyət tədbirləri Berlində bir həftə davam etmiş, il boyu isə Almaniyanın Münhen, Hamburq, Mayns, Ştutqart və digər iri şəhərlərində Azərbaycan mədəniyyəti təbliğ olunmuşdur. Almaniyada Azərbaycan ili çərçivəsində 12 iyun–15 iyul 2008–ci il tarixlərində Drezden Qalereyasında "Azərbaycan müasir incəsənət sərgisi" keçirilmişdir. Sərgidə tanınmış Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilmişdir.

 

Prezident İlham Əliyev 04-06 fevral 2010-cu il tarixində Almaniyada növbəti rəsmi səfəri çərçivəsində Almaniyanın Kansleri Angela Merkelle görüşüb. Almaniyanın Azərbaycana müxtəlif sahələrdə dəstək verməyə hazır olduğunu diqqətə çatdıran xanım Angela Merkel bildirib ki, neft-qaz ölkəsi olan Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır. İlham Əliyev isə müasirləşmə dövrünü yaşayan ölkəmizdə alman texnologiyalarına tələbat olduğunu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməyə hazır olduğunu bildirib.

Bundan başqa 2014-cü ilin mart ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” Sazişin (2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə) təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq etməsi iki ölkə arasında əlaqələrin daha bir istiqamət üzrə irəliləməsinə təkan vermişdir.

Almaniya Avropa və dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdən biridir. Bu baxımdan Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub.

Ləman Xəlilova

Azerbaijan Realities

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1192
avatar

Oxşar yazılar