Xarizmatik lider
26 noyabr 2014 11:06 (UTC +04:00)

Xarizmatik lider

Tarixin bütün dövlərində sübut olunmuşdur ki, xarizmatik liderlər bir qayda olaraq xalq tarixinin taleyüklü dönüş və inkişaf mərhələsində meydana çıxır və özünün bənzərsiz xidməti ilə tarixə əbədi həkk olunurlar. Məhz bu cür insanlar tarixi abidələrdə əbədiləşdiyi kimi xalqın könlündə də taxt qururlar. Bu səbəbdən illər, hətta əsrlər keçsə belə, bu cür insanlar unudulmur və onların qoyduğu tarixi irs bütün dövrlərdə öyrənilir.Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev də məhz şəxsi nüfuzu və xarizması sayəsində böyük nailiyyətlərə yiyələnmiş və gələcək nəsillərə zəngin bir irs qoymuş tarixi şəxsiyyətdir.Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biri olan, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev öz şəxsiyyəti, yüksək siyasi bacarığı, müdrikliyi, idarəçilik qabiliyyəti sayəsində hər bir azərbaycanlının yaddaşında milli iftixar rəmzi olaraq həkk olunmuşdur.Çünki O, 70 illik əsarətdə yaşamış xalqımızın azadlıq mübarizəsinə rəhbərlik etmiş, onları zamanın ağır və sərt sınaqlarından çıxara bilmişdir. Məhz buna görə, Ulu Öndərin tarixdə dərin iz buraxan zəngin fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir.Həqiqətən də,  1969-cu ildən etibarən, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı və həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi olaraq ölkədə ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni yüksəliş baş vermişdir. Onun bu fəaliyyəti, həmçinin,  beynəlxalq əlaqələrdə dönüş yaratmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğunun başlanmasına təkan vermişdir.Bu gün Azərbaycan xalqı müstəqilliyini yenidən bərpa etdiyinə, Azərbaycan adını dünyada tanıtdığına, ölkəmizin bugünkü hərtərəfli inkişafının təməlini qoyduğuna görə Ulu Öndərə minnətdardır!

Ləman Xəlilova

“Azerbaijan Realities”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 457
avatar

Oxşar yazılar