Almaniyalı deputat: “Qərb və Rusiya Ermənistana təzyiqlərini gücləndirməlidir”
11 avqust 2014 15:07 (UTC +04:00)

Almaniyalı deputat: “Qərb və Rusiya Ermənistana təzyiqlərini gücləndirməlidir”

Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz üzrə Parlament qrupunun sədri, millət vəkili Yohannes Kahrs (SPD fraksiyası) Almaniyanın “Hauptstadt İNSEDER” nəşrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bəyanatla çıxış edib.

 

Avropa Azərbaycan CəmiyyətindənAPA-ya verilən məlumata görə, avqustun 8-də dərc olunmuş bəyanatda deyilir: “Artıq bir neçə gündür ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təmas xəttində atəşkəs rejiminin mütəmadi pozulması ucbatından günahsız insanlar həlak olur.

 

İyirmi bir ildir ki, BMT vasitəçilik etməyə çalışır. BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini rəhbər tutan beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ və 7 ətraf rayondan Ermənistan işğalçı qüvvələrinin dərhal çıxarılmasını tələb edir.

 

Amma bu məsələdə heç bir müvəffəqiyyət əldə olunmayıb. Son əsgər ölümlərindən sonra Qərb dövlətləri ilə Rusiya gərək bu qeyri-qanuni işğala son qoyulması üçün Ermənistana təsir imkanlarını gücləndirməlidir. Əks halda Qafqazda növbəti müharibə ocağı ilə üzləşməli olacağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870
avatar

Oxşar yazılar