Almaniyadakı Azərbaycan diasporunun iki üzvü yüksək vəzifəyə təyin olunub
04 may 2015 13:01 (UTC +04:00)

Almaniyadakı Azərbaycan diasporunun iki üzvü yüksək vəzifəyə təyin olunub

 

 

Almaniyada Azərbaycan diasporunun iki üzvü yerli dövlət orqanlarında yüksək vəzifəyə təyin olunub.

 

APA-nın Almaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, diasporun fəal üzvlərindən Könül İbrahimova Vinzen şəhərinin Emiqrasiya və İnteqrasiya İdarəsinin rəisi, Müşfiq Sultanov isə Oyskirxen şəhərinin Emiqrasiya və İnteqrasiya İdarəsi rəisinin birinci müavini vəzifələrinə təyinat alıblar.

 

 

M. Sultanov eyni zamanda bu ilin sonunda Almaniyanın Şimal Reyn-Vestfalia torpağının parlamentinə keçiriləcək seçkilərdə iştirak edəcək. Artıq onun namizədliyi qeydə alınıb. Almaniya Sosial Demokratlar Partiyasından namizədliyi irəli sürülən M. Sultanov APA-ya bildirib ki, burada seçkilərin mərhələli şəkildə həyata keçirilir: “Əvvəlcə ümumi torpağın daxilində şəhər, daha sonra bölgə, son olaraq, ümumi torpaq üzrə seçki keçiriləcək”.

 

 

Qeyd edək ki, “APA Holding” və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin birgə həyata keçirdiyi “Sərhəddənkənar azərbaycanlılar” layihəsi çərçivəsində Avropanın bir necə ölkəsində fəaliyyət göstərən azərbaycanlılarla görüşlər təşkil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220
avatar

Oxşar yazılar