Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında Almaniyanın ölkəmizdəki səfiri Haydrun Tempel və səfirliyin birinci katibi Frederik Hake ilə görüş keçirilib. Şuradan Lent.az-a verilən məlumata görə, Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun yaradılması zamanı qabaqcıl dünya təcrübəsindən bəhrələndiklərini bildirərək fəaliyyət istiqamətləri haqqında qonaqlara ətraflı məlumat verib. A. Quliyev ölkəmizdə 3 mindən artıq QHT-nin insan haqları, demokratiya, ekologiya, sosial, təhsil və digər sahələrdə çalışdığını bildirərək Şuranın ötən 6 illik fəaliyyəti dövründə heç bir ayrı-seçkilik etmədən 2500-dən artıq təşkilatın layihəsini maliyyələşdirdiyini və bunun ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm töhfə olduğunu vurğulayıb. Şura sədri həmçinin Azərbaycan hökumətinə milli QHT-lərin xarici mənbələrdən asılılığının aradan qaldırılması üçün gələn ildən yerli donorlara ayrılan vəsaitin həcminin bir neçə dəfə artırılması ilə bağlı təklif irəli sürdüklərini də qeyd edib.
H. Tempel Almaniya-Azərbaycan münasibətlərinin inkişafı, QHT-lər haqqında qanunvericiliyə edilən son əlavə və dəyişikliklər, onların üzləşdikləri çətinliklər barədə fikirlərini bölüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qonaqların suallarına ətraflı cavab verilib.

Almaniya səfiri Şurada olub
Oxşar yazılar

“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07