Allahşükür Paşazadə: “Onlar Azərbaycanı dağıtmaq istəyirdi”
26 yanvar 2015 14:42 (UTC +04:00)

Allahşükür Paşazadə: “Onlar Azərbaycanı dağıtmaq istəyirdi”

0

“Dünyada 20 Yanvar hadisələrinə tam hüquqi qiymət verilməyib”

 

 

 

“1990-cı illərdə Qorbaçov, Yazov və Primakov Azərbaycanı bölüşdürmüşdülər və bunu rəsmiləşdirmək istəyirdilər. Azərbaycana radikal İslam damğası vuraraq buranı dağıtmaq istəyirdilər”.

 

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 20 Yanvar şəhidlərinin yaxınları ilə görüşdə deyib.

 

O qeyd edib ki, xalq buna imkan verməyib, öz sözünü deyib, Azərbaycanın tolerant ölkə olduğunu sübut edib: “20 Yanvar hadisəsi xalqın bu yolda mübarizə əzmini sübut etdi. Allah 20 yanvarı bizə qəhrəmanlıq üçün göndərmişdi”.

 

Şeyxülislam hadisənin səhəri günü baş verənlərdən də danışıb: “Bizə təzyiqlər başlandı. Hətta qırılanların dəfninə də mane olurdular. Deyirdilər ki, Dağüstü Park olmaz, hərəni öz qəbiristanlığında dəfn edin. Hətta onlara şəhid deyilməsin. Bunlar o vaxt dövlətə rəhbərlik edənlərin səriştəsizliyinin ucbatından baş verirdi. Çünki o vaxtkı rəhbər imperiyanın köləsi idi”.

 

A. Paşazadə deyib ki, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu məsələdə də haqq ədalət yerini tapıb: “Yuxarıda Allah Taala, yerdə isə Heydər Əliyevin köməkliyi ilə haqq öz yerini tapdı, onlara şəhid statusu da verildi. Amma hələ də dünyada bu hadisəyə tam hüquqi qiymət verilməyib”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 287

Oxşar yazılar