Albaniya parlamentinin sədri Azərbaycana gəlib
19 oktyabr 2014 21:03 (UTC +04:00)

Albaniya parlamentinin sədri Azərbaycana gəlib

0

Bu gün Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

 

APA-nın məlumatına görə, nümayəndə heyətinə Albaniya-Azərbaycan Dostluq Qrupunun sədri Luan Rama, millət vəkili Ben Bluşi, spikerin müşaviri Ralf Cyoni, Tirana Politexnik Universitetinin rektoru Yorcak Kacani daxildir.

 

Albaniya nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb. Oktyabrın 22-ə qədər davam edəcək səfər çərçivəsində heyət oktyabrın 20-də Fəxri Xiyabanda Heydər Əliyev məzarını ziyarət edəcək, Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyacaq. Həmin gün Albaniya parlamentinin sədri İ. Meta öncə Milli Məclisin sədri Oqtay Əsədovla təkbətək, daha sonra isə geniş tərkibli görüş keçirəcək. Oktyabrın 20-də Albaniya nümayəndə  heyətinin baş nazir Artur Rəsizadə ilə görüşü də planlaşdırılır. Daha sonra Dövlət Bayrağı Meydanı  Kompleksi ilə tanış olacaq Albaniya parlamentinin sədrinin şərəfinə O. Əsədov tərəfindən rəsmi ziyafət veriləcək.

 

Oktyabrın 21-də Albaniya parlamentinin sədrinin xarici işlər naziri Elmar Məmmədyarovla və Bakı Dövlət Universitetinin rəhbərliyi  ilə görüşü, İçərişəhərlə tanışlığı nəzərdə tutulub. Oktyabrın 22-də isə Albaniya nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olacaq. Bununla da Albaniya nümayəndə heyətinin Azərbaycana rəsmi səfər proqramı başa çatacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 565

Oxşar yazılar