Aİ və Azərbaycan arasında çərçivə sazişi sənədi təsdiqlənib
06 iyul 2016 18:06 (UTC +04:00)

Aİ və Azərbaycan arasında çərçivə sazişi sənədi təsdiqlənib

Azərbaycanla Avropa İttifaqı arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib.

 

Lent.az-ın "Report"a istinadən məlumatına görə, sənəd bu gün Strasburqda keçirilmiş Avropa Parlamentinin (AP) plenar iclasında 577 lehinə, 67 əleyhinə və 51 bitərəf olmaqla təsdiq olunub.

 

Sənəd "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Azərbaycan Respublikasının İttifaqın proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Protokolu" adlanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 315
avatar

Oxşar yazılar