ABŞ səfirindən Kəlbəcərdə azərbaycanlıların girov götürülməsinə münasibət
24 iyul 2014 20:54 (UTC +04:00)

ABŞ səfirindən Kəlbəcərdə azərbaycanlıların girov götürülməsinə münasibət

0

"Təmas xəttində baş verən hər hansı bu kimi və digər xoşagəlməz hallar və faciəvi itkilər çox ağrılıdır".

 

 

APA-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərin Kəlbəcərdə azərbaycanlıların girov götürülməsi ilə bağlı sualına cavabında deyib.

 

 "Bilirəm ki, təmas xəttindəki hadisələr həmsədrləri çox narahat edir və bu bir daha bu dəhşətli münaqişənin tez bir zamanda nizamlanmasının əhəmiyyətini vurğulayır", deyə səfir qeyd edib.

 

ABŞ-ın Azərbaycana yeni səfirinin Azərbaycana nə zaman gələcəyi ilə bağlı suala cavabında R. Morninqstar yeni səfirin namizədliyinin tez bir zamanda təsdiqlənəcəyinə ümidvar olduğunu bildirib: "Bildiyiniz kimi Konqresimiz bütün namizədlərin təsdiqini tədricən həyata keçirir. Bunun cənab Robert Cekuta və ya Azərbaycan ilə heç bir bağlılığı yoxdur".

 

 

Səfir qeyd edib ki, yeni səfirə ötən illər ərzində həyata keçirilən prinsiplərə sadiq qalmasını, ölkələrimiz arasındakı əlaqələrin əhəmiyyətinə diqqət yetirməyi və ölkələrimiz arasındakı əlaqələrin müxtəlif cəhətlərinə əhəmiyyət verməyi tövsiyə edib: "Әminəm ki, o öz işini çox yaxşı yerinə yetirəcək"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 997

Oxşar yazılar