ABŞ səfiri Sabir Rüstəmxanlı ilə görüşüb
17 sentyabr 2015 14:22 (UTC +04:00)

ABŞ səfiri Sabir Rüstəmxanlı ilə görüşüb

0

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Qərargahında partiya sədri, millət vəkili Sabir Rüstəmxanlı ABŞ-ın Azərbaycandakı səfiri Robert Frenses Sekutanı qəbul edib.
VHP mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyət, Qarabağ münaqişəsi, noyabr ayında keçiriləcək parlament seçkiləri, insan haqları və Azərbaycan-ABŞ münasibətləri müzakirə edilib. 
Eyni zamanda səfirə VHP-nin fəaliyyəti və seçkilərə qatılması, seçki hazırlığı barədə məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar