ABŞ Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların intensivləşəcəyinə ümid edir
28 oktyabr 2014 23:07 (UTC +04:00)

ABŞ Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların intensivləşəcəyinə ümid edir

0

“ABŞ Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların intensivləşəcəyinə ümid edir”. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki deyib.

 

“Biz bütün tərəfləri danışıqlar masası arxasında səyləri ikiqat artırmağa və əsas diqqəti bölgə sakinlərinə sülh gətirəcək faydalar üzərində cəmləşdirməyə çağırırıq”.

 

Qeyd edək ki, dünən Parisdə Azərbaycan və Ermənistan prezidentləri Fransa prezidenti Fransua Ollandın iştirakı ilə görüşüblər. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 454

Oxşar yazılar