ABŞ Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımayacaq
11 sentyabr 2015 04:12 (UTC +04:00)

ABŞ Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımayacaq

“ABŞ  Dağlıq Qarabağda keçirilən qondarma seçkilərin nəticələrini tanımayacaq”. APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi deyib.

 

“Münaqişənin tam nizamlanması kontekstində biz Dağlıq Qarabağ əhalisinin öz gələcəyini müəyyən edilməsində olan rolunu qəbul edirik. Lakin ABŞ Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır və biz 13 sentyabr tarixli qondarma seçkilərin bölgənin hüquqi statusuna təsir edə biləcək amil kimi qəbul etmirik”,  deyə Kirbi bildirib.

 

"Biz həmçinin bildiririk ki, qondarma seçkilər heç bir halda Dağlıq Qarabağın son statusunu və ya Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həlli istiqamətində aparılan danışıqların nəticəsini əvvəlcədən müəyyən etmir", deyə Kirbi bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 280
avatar

Oxşar yazılar