ABŞ-ın Minsk Qrupundakı təmsilçisi dəyişdi
24 dekabr 2012 10:43 (UTC +04:00)

ABŞ-ın Minsk Qrupundakı təmsilçisi dəyişdi

0

ATƏT-in Minsk Qrupunun həmsədri vəzifəsinə müvəqqəti olaraq Yan Kelli təyin olunub

 

Ötən həftə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtkenin səlahiyyət müddəti başa çatıb. Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Conas Stüart məlumat verib. O bildirib ki, dekabrın 21-də Dövlət Departamenti həmsədr vəzifəsinə müvəqqəti olaraq Yan Kellini təyin edib: “Dövlət Departamenti 3 ildən çox həmsədr vəzifəsini yerinə yetirən səfir Bradtkeyə minnətdardır və ona gələcək fəaliyyətində uğurlar arzulayır. ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaqda tərəfləarə kömək etmək üçün ATƏT-in Minsk Qrupundakı həmsədr funksiyasına bağlılığını saxlayır”.          

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 607

Oxşar yazılar