ABŞ-da azərbaycanlı rəsmilərlə görüş
03 fevral 2015 17:09 (UTC +04:00)

ABŞ-da azərbaycanlı rəsmilərlə görüş

Los-Ancelesdə səfərdə olan Azərbaycan nümayəndə heyəti bu şəhərdə fəaliyyət göstərən bir sıra yəhudi təşkilatlarının nümayəndələri ilə görüşlər keçirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Lent.az-a bildirilib ki, baş konsulluğun təşkilatçılığı ilə keçirilən ilk görüş Amerika–İsrail İctimai Əlaqələr Komitəsinin Los-Ancelesdəki İdarə heyətinin üzvləri ilə olub.

Görüşdə nümayəndə heyətinin üzvləri – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Milli Məclisin deputatı Yevda Abramov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, ravvin Avraam İsakovla yanaşı, baş konsul Nəsimi Ağayev də iştirak edib.

Deputat Yevda Abramov qeyd edib ki, yəhudilərin Azərbaycanda heç bir problemi yoxdur və Azərbaycan – İsrail münasibətləri inkişaf etməkdədir.

Gündüz İsmayılov Azərbaycanda dövlət-din münasibətlərindən, tarixən formalaşmış tolerantlıq ənənələrindən və həmin ənənələrin bu gün də davam etdirilməsindən danışıb.

Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin rəsmi nümayəndəsi Maykl Tuşen Azərbaycanda yəhudilərə yüksək münasibət olduğunu, həm Azərbaycan–İsrail, həm də Azərbaycan–ABŞ əlaqələrinə böyük əhəmiyyət verdiklərini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219

Oxşar yazılar