Dekabrın 24-də Türkiyə prezidenti Abdullah Gül Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə telefonla zəng edib. Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abdullah Gül prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Dövlət başçısı təbrikə və diqqətə görə Abdullah Gülə minnətdarlığını bildirib.
Prezidentlər ölkələrimiz arasında dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Abdullah Gül Azərbaycan prezidentini təbrik edib
0
0
0
0