Abbas Abbasovun namizədliyi Putinlə müzakirə olundu
09 yanvar 2013 11:23 (UTC +04:00)

Abbas Abbasovun namizədliyi Putinlə müzakirə olundu

Rusiya prezidenti Vladimir Putin Rusiyadakı Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti “AzərRos”un prezidenti Söyün Sadıqovu qəbul edib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş dünən baş tutub. Görüş zamanı S. Sadıqov “AzərRos”un prezidenti vəzifəsi üçün Abbas Abbasovun namizədliyi təklifinin olması ilə bağlı Rusiya prezidentini məlumatlandırıb.

 

 

Qeyd edək ki, “AzərRos” Rusiya prezidenti yanında milli-mədəni muxtariyyətlər üzrə xüsusi şuraya daxil olan təşkilatdır. Həmin şura vaxtaşırı olaraq Rusiya prezidentinin rəhbərliyi altında toplaşır və müzakirələr aparır.

S. Sadıqov APA-nın Moskva müxbirinə açıqlamasında yeni siyasi partiya yaratmaqla məşğul olduğunu söyləyib: “Rusiya Konstitusiyası “AzərRos” tipli təşkilatların rəhbəri olan şəxslərə siyasi fəaliyyətlə məşğul olmağı qadağan edir. Buna görə də siyasi fəaliyyət göstərə bilmək üçün ”AzərRos"un prezidenti vəzifəsindən getdiyimi açıqlamışam. İstefa ərizəmi artıq yazmışam. Qurumun rəyasət heyəti istefa ərizəmə baxacaq. Çox güman ki, yanvarın sonuna, uzağı fevralın 10-a qədər “AzərRos” qurultayını keçirəcəyik. Belə təklif var ki, “Azərros”un yeni prezidenti Abbas Abbasov olsun. Bu təklifə də müsbət yanaşılır”.

 

S. Sadıqov Abbas Abbasovun eyni zamanda Rusiya Azərbaycan Təşkilatları İttifaqına da sədrlik etməsinin təklif olunduğunu bildirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4981
avatar

Oxşar yazılar