Abbas Abbasovun erməni qaynanası ilə bağlı faktlar-<span style="color:red;">FOTO
22 avqust 2014 20:02 (UTC +04:00)

Abbas Abbasovun erməni qaynanası ilə bağlı faktlar-FOTO

Avqustun 22-də saat 17 radələrində sırasında musavat.com olmaqla bir çox saytlara Abbas Abbasov və onun deputat oğlu Aydın Abbasovla bağlı sensasion sayıla biləcək ifşaedici materiallar göndərilib.

 

Materialda Aydın Abbasovun nənəsinin erməni millətindən olması və özünə qeyri-azərbaycanlılardan ibarət mühafizə dəstəsi saxlaması vurğulanır.

 

Materialda qeyd olunur ki, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”un) Ağsaqqallar Şurasının sədri, baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun 1924-cü il Şəmkir rayonunun Borum kəndində doğulmuş erməni qaynanası Göharik Voskanovnanın adı sonradan Gövhər olaraq dəyişdirilib və o, Gəncə şəhərində həyat yoldaşı Nobil Quluyevin yanında dəfn olunub.

 

Redaksiyalara göndərilən materialda qeyd olunur ki, A.Abbasov Ermənistanla sıx biznes əlaqələrinə malikdir. Həmçinin onun Rusiyada da ermənilərlə şərikli biznes obyektlərinin olduğu vurğulanır: “Etibarlı mənbə tərəfindən verilən məlumata əsasən A.Abbasovun erməni qaynanası Göharik kürəkəni tərəfindən (baş nazirin birinci müavini olduqdan sonra) məcburən İmamzadədə “islam dinini” qəbul edib. Onun qaynanası vəfat etmədən öncə, erməni qohumlarının adlarını sadalayıb və Ermənistanda dəfn olunmağını vəsiyyət edib”.

 

 

 

Materialda o da bildirilir ki, Abbas Abbasovun  həyat yoldaşı Bella Abbasova Nobilovna (Nobil qızı) Xarici Dillər Universitetində çalışır: “Amma o, 1995-ci ildən sonra fəaliyyətini praktiki olaraq dayandırsa da, iş cədvəlinə uyğun olaraq maaş alır. On il ərzində isə o, qiyabi olaraq elmlər namizədi olub. Dosent adı alıb. Həmçinin Abbas Abbasov ermənilərlə qohumluğunu pərdələmək üçün həyat yoldaşının adını dəyişərək Bilqeyisə çevirib”.

 

Materialda Aydın Abbasovun nənəsinin dəfn mərasimi barədə də qeydlər var. Bildirilir ki, islam qaydalarına uğun olaraq həyətdə 2 böyük çadır qurulsa da, yasda iştirak edənlər çox az olub: “Buna səbəb isə vəfat edənin erməni olmasıdır. Millət vəkili Aydın Abbasov isə nənəsinin hüzr yerinə tək qatılmayıb. Onu çeçen əsilli 4 mühafizəçi (silahlı) müşayiət edib. Mühafizəçilərindən biri Rusiya vətəndaşı Abiev Rüstəm Raqimoviç olub”.

 

 

 

 

 

Abbas Abbasovun ermənilərlə qohumluq əlaqələri haqda çoxdan söz-söhbət dolaşır. Amma onun qayınanasının düşmən millətin nümayəndəsi olması haqda bu cür detallı bilgilər yox idi. Belə faktların media çıxması ilk dəfədir.

 

Musavat.com

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12065
avatar

Oxşar yazılar