Vaşinqtonda Azərbaycana həsr olunan seminar keçirilib
08 oktyabr 2015 10:46 (UTC +04:00)

Vaşinqtonda Azərbaycana həsr olunan seminar keçirilib

0

ABŞ paytaxtının əsas diplomatik nəşri olan “The Washington Diplomat” qəzeti tərəfindən 6 oktyabr tarixində Vaşinqtonda Azərbaycana aid seminar keçirilib.

Lent.az-ın məlumatına görə, Azərbaycanın səfiri Elin Süleymanovla açıq müsahibə formatında keçirilən tədbirdə Vaşinqtonun siyasi, diplomatik və biznes dairələrinin çoxsaylı nümayəndələri iştirak edib.

 

Vaşinqtonda keçirilmiş tədbir zamanı qəzetin aparıcı jurnalisti olan Lari Luksnerin suallarına cavab verən səfir Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti kimi irimiqyaslı layihələrin uğurla həyata keçirildiyinin yalnız Azərbaycanın deyil, regionun digər ölkələrinin inkişafına da töhfə verdiyini qeyd edib. Ölkəmizin iqtisadi inkişafından bəhs edən səfir Azərbaycanın zəngin neft və təbii qaz ehtiyatlarına malik ölkə kimi tanındığını, bununla belə prezident İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində əsas prioritetlərdən birinin bu ehtiyatların ixracından əldə edilən gəlirlər əsasında qeyri-neft sektorunun inkişaf etdirilməsinin olduğunu bildirib.

Azərbaycanda və ölkəmizin iştirakı ilə regionda böyük infrastruktur layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. tikintisinin həyata keçirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək səfir Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və onun nəticələri, o cümlədən münaqişə ilə bağlı BMT TŞ-sı və digər beynəlxalq təşkilatların qəbul etdiyi bir sıra sənədlər barədə geniş məlumat verərək, münaqişənin həlli formulası hamıya bəlli olduğunu  qeyd edib.

 

Diplomat qeyd edib ki, beləliklə münaqişənin həlli üçün çatışmayan yeganə amil hal-hazırda yalnız Ermənistan rəhbərliyinin, o cümlədən Ermənistan xalqının gələcəyi və ölkənin inkişafı naminə onun həll edilməsi üçün siyasi iradəsinin olmamağıdır.

Həmçinin, səfir E.Süleymanov 1 noyabr tarixində ölkəmizdə keçiriləcək parlament seçkiləri barədə də  danışıb.

Qeyd edək ki, “The Washington Diplomat” qəzetinin bu yeni təşəbbüsünün ilk tədbiri məhz Azərbaycana həsr olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 385

Oxşar yazılar