"Türkiyə üzərinə düşən hər şeyi etməyə hazırdır"
05 iyul 2016 21:51 (UTC +04:00)

"Türkiyə üzərinə düşən hər şeyi etməyə hazırdır"

Bizim tək gözləntimiz Dağlıq Qarabağ münaqişəsinin  Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin  toxunulmazlığı çərçivəsində tezliklə sülh yolu ilə həllidir.

 

APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

 

“Münaqişənin həlli ilə bağlı keçirilən görüşlər buna xidmət edəcəksə, bunu alqışlayırıq. Azərbaycanın ürəyincə olan, düzgün bildiyi istənilən həllin arxasında, Türkiyə olaraq, sonuna qədər dururuq. Azərbaycanın istəyinə əsasən, Türkiyə üzərinə düşən hər şeyi etməyə hazırdır".

 

Səfir bu gün təmas xəttində Ermənistan ordusunun atəşkəs rejimini pozması nəticəsində Azərbaycan əsgərinin ölümü ilə bağlı Azərbaycan xalqına və ailəsinə başsağlığı verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 203
avatar

Oxşar yazılar