"Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"
11 dekabr 2014 18:53 (UTC +04:00)

"Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

 

 

 

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Serbiya Milli Məclisinin sədri xanım Maya Qoykoviçlə görüşüb.

 

MM-dən APA-ya verilən məlumata görə, O. Əsədov bu səfərin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əmin olduğunu deyib. O bildirib ki, iki ölkə arasında indiyədək 25 sənəd imzalanıb və iqtisadi münasibətlərin inkişafı üçün geniş potensial mövcuddur. Görüşdə qonağaDağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib. O. Əsədov hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən işçi qruplarının işinin daha da  gücləndirilməsinin vacibliyini vurğulayıb.

 

Maya Qoykoviç isə qeyd edib ki, 2015-ci ildə ATƏT-ə sədrlik  edəcəyi dövrdə Serbiya Dağlıq Qarabağ münaqişəsinin həlli və Minsk Qrupunun işinin canlandırılması üçün əlindən gələni edəcək. O, Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz qaldığını söyləyib.

 

Görüşdə Milli Məclis sədrinin müavinləri Bahar Muradova və Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin Serbiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun  başçısı Məlahət İbrahimqızı, Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənov, Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç və digər rəsmi şəxslər iştirak ediblər. 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

Oxşar yazılar