Rusiya Qarabağda ATƏT müşahidəçilərinin sayını artırılmasına çalışır
31 yanvar 2018 17:20 (UTC +04:00)

Rusiya Qarabağda ATƏT müşahidəçilərinin sayını artırılmasına çalışır

 

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı digər həmsədr ölkələrlə birlikdə qoşunların təmas xəttində gərginliyin azaldılmasının tərəfdarıdır və münaqişə zonasında ATƏT müşahidəçilərinin sayının artırılması istiqamətində tədbirlər görür.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 

 

"Bu mövzu Rusiya prezidentinin Azərbaycan və Ermənistan prezidentləri ilə 2016-cı ilin iyununda Sankt-Peterburqda keçirilən görüşündə, Rusiya XİN başçısı Sergey Lavrovun ötən ilin noyabrında Bakı və Yerevana səfərləri zamanı müzakirə olunub. ATƏT çərçivəsində ATƏT müşahidəçilərinin fəaliyyətini reqlament edən sənədin bir neçə variantı hazırlanıb", - deyə o qeyd edib . 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 368
avatar

APA Baycan

Oxşar yazılar