Qəbələ radiolokasiya stansiyasının istismarının dayandırılması Rusiyanın təhlükəsizliyinə heç cür təsir etməyəcək. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bildirib.
Nazir müavini qeyd edib ki, bu ilin dekabrınadək qüvvədə olan Qəbələ RLS-nın icarəsinə dair Rusiya və Azərbaycan arasındakı müqavilə «öz vəzifəsini yerinə yetirib».
«10 il ərzində Qəbələ RLS özünün cənub istiqamətindən raket hücumu barədə xəbərdarlıq vəzifəsini yerinə yetirirdi», deyə Antonov xatırladıb.