Prezident İlham Əliyev fevralın 10-da Qırğız Respublikasının müdafiə naziri Abibilla Kudayberdiyevi qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, müdafiə naziri Almazbek Kudayberdiyev Qırğız Respublikasının prezidenti Almazbek Atambayevin salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, ölkələrimizin müdafiə və müdafiə sənayesi, o cümlədən hərbi təhsil sahələrində əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı İlham Əliyev prezident Almazbek Atambayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qırğız Respublikasının prezidentinə çatdırmağı xahiş edib.