Prezident pakistanlı həmkarına başsağlığı verib
09 avqust 2016 11:29 (UTC +04:00)

Prezident pakistanlı həmkarına başsağlığı verib

 

Prezident İlham Əliyev Pakistanın prezidenti Məmnun Hüseynə  Kvetta şəhərində xəstəxanada törədilmiş terror aktı ilə bağlı başsağlığı verib.

 

Lent.az-ın president.az-a istinadən məlumatına görə, başsağlığında belə deyilir:

 

Hörmətli cənab Prezident,

Kvetta şəhərində xəstəxanada törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228
avatar

Oxşar yazılar