“Azərbaycanın Almaniyadakı səfirliyinin Münhen polisindən aldığı məlumata əsasən, ticarət mərkəzində atışma nəticəsində həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur”.
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. “Həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik” - deyə H. Hacıyev qeyd edib.
Qeyd edək ki, dünən Almaniyanın Münhen şəhərinə baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 10-a, yaralıların sayı isə 21-ə çatıb. Son məlumata görə, insanlara atəş açan şəxs cinayəti tək törədib.