Batumi Dövlət Universitetində 20 yanvar anılıb
19 yanvar 2017 11:42 (UTC +04:00)

Batumi Dövlət Universitetində 20 yanvar anılıb

Yanvarın 18-də Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov Şota Rustaveli Batumi Dövlət Universitetində “Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi” auditoriyasında 1990-cı ilin yanvar hadisələri ilə bağlı tələbələr qarşısında çıxış edib.

Lent.az-ın məlumatına görə, xalqın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş 20 Yanvarın həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan yerli xalqın birlik, fəxr və şərəf günü olduğunu qeyd edən Baş konsul 20 yanvar 1990-cı il tarixində öz konstitusion hüquqlarının bərqərar olunmasını tələb edən dinc əhalinin qətlə yetirildiyini, lakin bu hadisənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini və bu azadlıq mübarizəsinin 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi ilə nəticələndiyini vurğulayıb.

R.İsmayılov o dövrdə faciə ilə bağlı ən sərt bəyanatı Heydər Əliyevin verdiyini və onun 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdiyini və H.Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Milli Məclisin 20 Yanvar tarixini Ümumxalq Hüzn günü elan etdiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Oxşar yazılar