Zahid Oruc: "YAP mənə xüsusi dəstək verir"
17 sentyabr 2015 15:54 (UTC +04:00)

Zahid Oruc: "YAP mənə xüsusi dəstək verir"

0
 
Azərbaycanda keçiriləcək parlament seçkilərində yenidən bitərəf namizəd kimi iştiraka qərar verən Milli Məclisin üzvü Zahid Oruc Yeni Azərbaycan Partiyasına (YAP) təşəkkür edib.
 
Z. Oruc APA-ya açıqlamasında bildirib ki, YAP-ın namizədini vermədiyi 8 dairədən biri məhz onun namizəd olduğu 94 saylı Bərdə kənd seçki dairəsidir: "Hakim partiya məhz mənə dəstək olaraq bu dairədən namizəd irəli sürməyib".
 
Z. Oruc qeyd edib ki, seçkilərdə YAP ona hər zaman dəstək verir: “YAP namizəd olduğum dairədən mənə xüsusi dəstək verir. Bu bizim üçün çox böyük siyasi dəstək, mənim ulu öndər Heydər Əliyev kursuna sadiq olmağına hakim partiya tərəfindən verilən qiymətdir. Buna görə YAP-ın bütün üzvlərinə və rəhbərliyinə təşəkkür edirəm”.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 275

Oxşar yazılar